ain.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bu gün saat 13:00 radələrində Zaqatala rayonu ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb.
APA-nın yerli bürosu xəbər verir ki, “VAZ-21015” markalı avtomobil idarəetmədən çıxaraq aşıb.
Nəticədə nəqliyyat vasitəsində olan 54 yaşlı Seyfəddin Əhmədov ölüb, 36 yaşlı Şahsənəm Zamanova isə xəsarət alıb.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.