EN

Goranboyda minik avtomobili aşıb, 1 nəfər ölüb

Goranboyda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az-ın APA-ya istinadən məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Priora" markalı minik avtomobili idarəetmədən çıxıb.

Nəticədə minik avtomobili yol kənarına aşıb. Qəza nəticəsində Goranboy sakini A. Həsənov ölüb, iki nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Chosen
51
2
bakivaxti.az

6Sources