Goranboyda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə hadisə rayon ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "Priora" markalı minik avtomobili idarəetmədən çıxıb.
Nəticədə minik avtomobili yol kənarına aşıb. Qəza nəticəsində 1 nəfər ölüb, iki nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.