AZ

Goranboyda minik avtomobili aşıb, 2 nəfər ölüb, 1 nəfər yaralanıb

Goranboyda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Priora" markalı minik avtomobili idarəetmədən çıxıb.

Nəticədə minik avtomobili yol kənarına aşıb. Qəza nəticəsində Goranboy sakini A. Həsənov hadisə yerində ölüb, iki nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Həkimlərin müdaxiləsinə baxmayaraq xəstəxanaya yerləşdirilən həmin şəxslərdən birini xilas etmək mümkün olmayıb.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
36
2
apa.az

6Mənbələr