EN

Goranboyda minik avtomobili aşıb, ölən və xəsarət alanlar var

Goranboyda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Priora" markalı minik avtomobili idarəetmədən çıxıb.

Nəticədə minik avtomobili yol kənarına aşıb. Qəza nəticəsində 1 nəfər ölüb, bir neçə nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Chosen
47
2
apa.az

6Sources