EN

İspaniyanın müdafiə naziri: Putin Ukrayna üçün sülh şərtlərini diktə edə bilməz...

Madrid Kiyevin ərazi güzəştlərinə qəti şəkildə qarşı çıxır...

Poliqon xəbər verir ki, İspaniyanın müdafiə naziri Marqarita Robles Ukraynanın sülh naminə ərazi güzəştlərinə getməsinə qarşı olduğunu bəyan edib. O, bu mövqeyini dövlət televiziyası TVE-də yayımlanan La Hora de La 1 proqramında açıqlayıb.

Nazir ABŞ prezidenti Donald Trampın Ukraynanın Rusiyaya ərazi güzəştinə getməli olduğu ilə bağlı fikirlərinə münasibət bildirərək “qətiyyən yox” cavabını verib. Roblesin sözlərinə görə, Ukrayna ədalətli və uzunmüddətli sülhə layiqdir, lakin bu sülhü yalnız Ukraynanın özü müəyyən edə bilər. O vurğulayıb ki, Rusiya prezidenti Vladimir Putin Ukrayna üçün sülh şərtlərini zorla qəbul etdirə bilməz və İspaniya Kiyevə dəstəyini davam etdirməlidir.

Marqarita Robles əlavə edib ki, beynəlxalq ictimaiyyət Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etməli, hər hansı razılaşma Ukrayna xalqının iradəsinə əsaslanmalıdır. Onun fikrincə, zorakılıq və təzyiq yolu ilə əldə olunan razılaşma davamlı sülh gətirə bilməz.

Xatırladaq ki, dekabrın 28-də Florida ştatında Ukrayna prezidenti Volodimir Zelenski ilə ABŞ prezidenti Donald Tramp arasında bu il ərzində dördüncü görüş keçirilib. Görüşdə münaqişənin nizamlanması yolları müzakirə olunub. Danışıqlardan sonra Zelenski sülh planının təxminən 90 faizinin razılaşdırıldığını açıqlasa da, tərəflər əsas məsələlər, o cümlədən ərazi güzəştləri və Donbasın gələcəyi ilə bağlı mövqeləri uzlaşdıra bilməyiblər.

Poliqon.info

Chosen
38
50
poliqon.info

10Sources