EN

Sibiqa: Rusiya Ukraynaya qarşı hücumlar üçün bəhanə axtarır və sülh prosesini pozmaq istəyir...

Kiyev Kremlinin iddialarını təxribat və dezinformasiya adlandırıb...

Poliqon xəbər verir ki, Ukraynanın xarici işlər naziri Andriy Sibiqa Kremlin 29 dekabrda guya Ukraynanın Novqorod vilayətində Rusiya prezidenti Vladimir Putinin iqamətgahına hücum etməsi barədə yaydığı bəyanata sərt reaksiya verib. Nazir bu iddianı Rusiya tərəfinin növbəti dezinformasiya cəhdi və gələcək hücumlar üçün saxta əsas yaratmaq istəyi kimi qiymətləndirib.

Sibiqa bildirib ki, bu, Rusiyanın illərdir tətbiq etdiyi adi taktikanın tərkib hissəsidir – qarşı tərəfi məhz özünün planlaşdırdığı və ya həyata keçirməyə hazırlaşdığı addımlarda ittiham etmək. Onun sözlərinə görə, Kreml bu cür açıqlamalarla həm beynəlxalq ictimaiyyəti çaşdırmağa, həm də mümkün eskalasiyaya “haqq qazandırmağa” çalışır.

Ukraynanın xarici işlər naziri vurğulayıb ki, Kiyev yalnız Rusiya ərazisindəki qanuni hərbi hədəflərə zərbələr endirir və bu addımlar mülki obyektləri hədəf alan Rusiya hücumlarına cavab xarakteri daşıyır. O qeyd edib ki, Ukrayna beynəlxalq humanitar hüquqa əməl edir və mülki şəxslərin təhlükəsizliyini prioritet hesab edir.

Sibiqa eyni zamanda beynəlxalq ictimaiyyəti Rusiyanın təxribat xarakterli bəyanatlarını qətiyyətlə pisləməyə çağırıb. Nazir bildirib ki, bu cür iddialar konstruktiv sülh prosesini pozmağa, danışıqlar mühitinə zərər vurmağa və gərginliyi daha da artırmağa yönəlib.

Poliqon.info

Chosen
71
50
poliqon.info

10Sources