AZ

Qazaxıstan Prezidenti BMT də işə qayıtmaq niyyətində deyil

Sherg.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

“Birləşmiş Millətlər Təşkilatında (BMT) işləməyə qayıtmaq kimi istəyim yoxdur, amma bəzi dövlətlərin başçıları ilə qapalı məsləhətləşmələrdə iştirak edirəm”.

Teleqraf xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev deyib.

“Mənim beynəlxalq mübahisələrdə vasitəçi kimi çıxış etmək niyyətim də yoxdur, bir sıra ölkələrin bu istiqamətdə apardığı səylərə baxmayaraq, BMT-də işləməyə qayıtmaq istəyim yoxdur. Amma qapalı məsləhətləşmələr və müzakirələrdə iştirak edirəm, üstəlik, bir sıra dövlət başçıları mənim fikrimlə maraqlanırlar. Bu mühüm fəaliyyətin kütləvi informasiya vasitələrində işıqlandırılmasına ehtiyac duymuram, populizmdən uzağam. Görünür, pərdəarxası məsləhətləşmələrin iştirakçıları üçün də bu məqam önəmlidir”, - o bildirib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
62
26
sherg.az

10Mənbələr