AZ

Tramp: Maduro ilə danışıqlar nəticə vermədi



ABŞ Prezidenti Donald Tramp Venesuela lideri Nikolas Maduro ilə son söhbətinin konkret nəticə vermədiyini bildirib.

Newscenter.az TASS-a istinadən bildirir ki, O, bu açıqlamanı İsrailin Baş naziri Binyamin Netanyahu ilə danışıqların əvvəlində jurnalistlərin suallarını cavablandırarkən verib.

Ağ Ev rəhbəri deyib ki, Maduro ilə danışıqların nəticəsiz qalması Venesuelaya qarşı müəyyən tədbirlərin görülməsini zərurətə çevirir.

Qeyd edək ki, Birləşmiş Ştatlar prezidenti Venesuelanı narkotik tacirlərinə qarşı səmərəli mübarizə aparmamaqda ittiham edir.

Cavid
Seçilən
25
50
newscenter.az

10Mənbələr