EN

Ukrayna rusların yuxusunu qaçırdı: Bir gecədə...

Rusiya hava hücumundan müdafiə sistemləri ötən gecə Rusiya ərazisi üzərində 89 Ukrayna dronunu zərərsizləşdirib.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

"Ötən gecə hava hücumundan müdafiə siqnalizasiya sistemləri Ukraynaya məxsus 89 təyyarə tipli pilotsuz uçuş aparatını ələ keçirərək məhv edib", - məlumatda bildirilir.

Bryansk vilayəti üzərində 49, Novqorod vilayəti üzərində 18, Adıge Respublikası üzərində 11, Krasnodar vilayəti üzərində 7, Azov dənizinin suları və Orel, Rostov və Smolensk vilayətləri üzərində hər birində 1 PUA vurulub.

Chosen
67
50
publika.az

10Sources