Ukraynaya məxsus bütün pilotsuz uçuş aparatları (PUA) Novqorod vilayətində yerləşən Rusiya prezidentinin dövlət iqamətgahına Ukrayna Silahlı Qüvvələrinin hücumu zamanı Rusiya ordusunun hava hücumundan müdafiə (HHM) qüvvələri tərəfindən məhv edilib.
Bu barədə Rusiya Xarici İşlər naziri Sergey Lavrov açıqlama verib.
“Bütün pilotsuz uçuş aparatları Rusiya Federasiyası Silahlı Qüvvələrinin hava hücumundan müdafiə vasitələri ilə məhv edilib”, — deyə o bildirib.
Nazir daha əvvəl qeyd edib ki, 28 dekabrdan 29 dekabra keçən gecə Ukrayna Silahlı Qüvvələri Novqorod vilayətində yerləşən Rusiya prezidentinin iqamətgahına qarşı terror aktına cəhd edib.
Lavrov vurğulayıb ki, Kiyev rejiminin dövlət terrorizmi siyasətinə qəti şəkildə keçməsi nəzərə alınaraq, Rusiyanın danışıqlar mövqeyi yenidən nəzərdən keçiriləcək.