EN

Ərdoğan Livan Prezidenti ilə regional məsələləri müzakirə edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan livanlı həmkarı Cozef Aunla telefon danışığı aparıb.

Missiya.Az "Report"a istinadən xəbər verir ki, bu barədə "Haber Global"ın məlumatına görə, Türkiyə Prezidenti Administrasiyası açıqlamaya yayıb.

Söhbət zamanı ikitərəfli münasibətlər və regional məsələlər müzakirə edilib.

Ərdoğan bildirib ki, Türkiyə daim Livanın sabitliyini və suverenliyini müdafiə edir. O qeyd edib ki, Türkiyə Livanın təhlükəsizliyini dəstəkləyən beynəlxalq mexanizmlərdə iştirak etməyə hər zaman hazırdır.

Türkiyə lideri vurğulayıb ki, ölkəsi Suriyadakı böyük dəyişikliyin bölgənin sabitliyinə töhfə verməsi üçün dəstəyini davam etdirəcək.

Chosen
45
10
missiya.az

10Sources