AZ

Ərdoğan Livan Prezidenti ilə regional məsələləri müzakirəETDİ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan livanlı həmkarı Cozef Aunla telefon danışığı aparıb.

Redaktor.az "Haber Global"a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyası "X" sosial şəbəsindəki səhifəsində məlumat paylaşıb.

Söhbət zamanı ikitərəfli münasibətlər və regional məsələlər müzakirə edilib.

Ərdoğan bildirib ki, Türkiyə daim Livanın sabitliyini və suverenliyini müdafiə edir. O qeyd edib ki, Türkiyə Livanın təhlükəsizliyini dəstəkləyən beynəlxalq mexanizmlərdə iştirak etməyə hər zaman hazırdır.

Türkiyə lideri vurğulayıb ki, ölkəsi Suriyadakı böyük dəyişikliyin bölgənin sabitliyinə töhfə verməsi üçün dəstəyini davam etdirəcək.

Seçilən
35
10
redaktor.az

10Mənbələr