EN

Dövlət komitəsinin sədri Türkiyə Cümhuriyyəti Diyanət İşləri İdarəsinin rəhbəri ilə görüşüb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov ölkəmizdə səfərdə olan Türkiyə Cümhuriyyəti Diyanət İşləri İdarəsinin sədri Safi Arpaquşun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Missiya.Az xəbər verir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq, qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb. İki ölkə arasında dövlət-din münasibətləri kontekstində təcrübə mübadiləsinin əhəmiyyəti qeyd olunub, qarşılıqlı əməkdaşlığın genişləndirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Komitə sədri Ramin Məmmədov Azərbaycan Din Xadimlərinin II Forumunun ölkəmizdə dini həmrəyliyin möhkəmləndirilməsi, sağlam dini düşüncənin təşviqi və dövlət-din münasibətlərinin konstitusion prinsiplər əsasında inkişafı ilə bağlı məsələlərin müzakirəsi üçün mühüm platforma olduğunu bildirib. Forumun mövzusunun dünyəvilik və vicdan azadlığının təşviqi baxımından aktual olduğu qeyd olunub.

Diyanət İşləri İdarəsinin sədri Safi Arpaquş Azərbaycan-Türkiyə qardaşlığının dini sahədə də nümunəvi əməkdaşlıqla möhkəmləndiyini qeyd edib. O, iki ölkənin müvafiq qurumları arasında əlaqələrin gələcəkdə də uğurla davam etdiriləcəyinə əminliyini ifadə edib. Forumun din xadimləri arasında təcrübə mübadiləsinin aparılması və onların peşəkar inkişafı baxımından xüsusi əhəmiyyət daşıdığını bildirib.

Görüş qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirəsi ilə davam edib.

Chosen
43
6
missiya.az

7Sources