AZ

Türkiyə və Azərbaycan arasında din sahəsində əməkdaşlıq müzakirə edilib

Türkiyə və Azərbaycan arasında dövlət-din münasibətləri kontekstində təcrübə mübadiləsinin əhəmiyyəti müzakirə edilib, qarşılıqlı əməkdaşlığın genişləndirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.

"Cebheinfo.az" xəbər verir ki, müzakirə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovun ölkədə səfərdə olan Türkiyə Cümhuriyyəti Diyanət İşləri İdarəsinin sədri Safi Arpaquşun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə aparılıb.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq, qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb.

Komitə sədri Ramin Məmmədov Azərbaycan Din Xadimlərinin II Forumunun ölkədə dini həmrəyliyin möhkəmləndirilməsi, sağlam dini düşüncənin təşviqi və dövlət-din münasibətlərinin konstitusion prinsiplər əsasında inkişafı ilə bağlı məsələlərin müzakirəsi üçün mühüm platforma olduğunu bildirib.

Forumun mövzusunun dünyəvilik və vicdan azadlığının təşviqi baxımından aktual olduğu qeyd olunub.

Diyanət İşləri İdarəsinin sədri Safi Arpaquş Azərbaycan-Türkiyə qardaşlığının dini sahədə də nümunəvi əməkdaşlıqla möhkəmləndiyini qeyd edib. O, iki ölkənin müvafiq qurumları arasında əlaqələrin gələcəkdə də uğurla davam etdiriləcəyinə əminliyini ifadə edib.

Forumun din xadimləri arasında təcrübə mübadiləsinin aparılması və onların peşəkar inkişafı baxımından xüsusi əhəmiyyət daşıdığını bildirib.

"Cebheinfo.az"

Seçilən
18
6
cebheinfo.az

7Mənbələr