EN

Cevdet Yılmaz Sahibə Qafarova ilə görüşüb

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Bakıda Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşüb.

Missiya.Az xəbər verir ki, bu barədə Cevdet Yılmaz özünün "X" hesabında paylaşım edib.

"Bakı proqramlarımız çərçivəsində Azərbaycan Milli Məclis sədri Sahibə Qafarova ilə görüşdük. Görüşümüzdə "Bir millət, iki dövlət" anlayışı əsasında ikitərəfli əlaqələrimiz, regional inkişaflar və parlamentlərarası əməkdaşlığımızı müzakirə etdik", - o qeyd edib.

Vitse-prezident əlavə edib ki, 2026-cı ildə Antalyada keçiriləcək COP31 prosesində Azərbaycanın dəyərli dəstəyi, Türk dünyasında çoxtərəfli əməkdaşlıq və regional sülhə töhfə verəcək mexanizmlər də görüşün əsas mövzuları sırasında olub:

"Göstərdikləri qonaqpərvərliyə görə Azərbaycan Milli Məclisinin sədri hörmətli Sahibə Qafarova və heyətinə təşəkkür edir, bu vəsilə ilə azərbaycanlı qardaşlarıma məhəbbətlərimi çatdırıram".

Chosen
15
1
missiya.az

9Sources