Azərbaycanda səfərdə olan Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşüb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Cevdet Yılmaz “X”də bildirib.
Cevdet Yılmaz Sahibə Qafarova ilə ikitərəfli münasibətləri, regional prosesləri və parlamentlərarası əməkdaşlığı müzakirə edib.
“2026-cı ildə Antalyada keçiriləcək COP31 prosesinə Azərbaycanın dəyərli dəstəyi, Türk dünyasında çoxtərəfli əməkdaşlıq və regional sülhə töhfə verəcək mexanizmlər də müzakirəmizin əsas mövzuları idi”, - o qeyd edib.