Azərbaycanda səfərdə olan Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşüb.
APA xəbər verir ki, bu barədə Cevdet Yılmaz “X”də bildirib.
Cevdet Yılmaz Sahibə Qafarova ilə ikitərəfli münasibətləri, regional prosesləri və parlamentlərarası əməkdaşlığı müzakirə edib.
“2026-cı ildə Antalyada keçiriləcək COP31 prosesinə Azərbaycanın dəyərli dəstəyi, Türk dünyasında çoxtərəfli əməkdaşlıq və regional sülhə töhfə verəcək mexanizmlər də müzakirəmizin əsas mövzuları idi”, - o qeyd edib.