“Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 16-cı turunda “Şamaxı”ya qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Mərdəkanda baş tutmuş görüşü Naxçıvan təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Elmar Baxşıyev qarşılaşmadan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Ağır oyun alındı. Yaxşı mübarizənin şahidi olduq. “Şamaxı” da yaxşı, mobil komandadır. Bu gün futbol adına yaxşı oyuna şahidlik etdik. Komandamı qələbə münasibətilə təbrik edirəm. Futbolçularımız əzmkar qələbə qazandılar. Onların qarşıdan gələn bayramlarını təbrik edirəm. Ümid edirəm ki, komanda şəklində yeni ildən daha yaxşısını, daha da artığını etməyə çalışacağıq”.
Xatırladaq ki, “Araz-Naxçıvan” bu qələbə sayəsində 2025-ci ili 26 xalla 6-cı pillədə başa vurub.
