Oğuzda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, yol qəzası Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Sincan kəndindən keçən hissəsində baş verib.
"Mercedes Vito" markalı mikroavtobus idarəetmədən çıxaraq ağaca çırpılıb. Qəza zamanı 1 nəfər ölüb, daha bir neçə nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu