AZ

Oğuzda mikroavtobus qəzaya uğradı - Ölən və yaralılar var -FOTO

Oğuzda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, yol qəzası Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Sincan kəndindən keçən hissəsində baş verib.

"Mercedes Vito" markalı mikroavtobus idarəetmədən çıxaraq ağaca çırpılıb. Qəza zamanı 1 nəfər ölüb, daha bir neçə nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıblar.



Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Seçilən
19
2
bizim.media

7Mənbələr