EN

ABL: “Naxçıvan” və “Quba”dan qələbə – ARENA.AZ

Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 2025/2026-cı illər mövsümünün 10-cu turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutub.

B qrupunun matçında “Quba” “Naxçıvan”la qarşılaşıb. Bakı İdman Sarayında keçirilmiş oyun “Naxçıvan”ın 78:69 hesablı qələbəsi ilə bitib.

B qrupunun digər oyununda “Ordu” “Lənkəran”la üz-üzə gəlib. Bakı İdman Sarayında baş tutmuş oyun “Ordu”nun 84:72 hesablı qələbəsi ilə başa çatıb.

Xatırladaq ki, turun açılış matçında “Sərhədçi” “Sumqayıt”a 86:83 hesabı ilə qalib gəlmişdi. 10-cu tura dekabrın 21-də yekun vurulacaq.

A qrupu: Abşeron Lions – 17. Sabah – 16. Gəncə – 12. Neftçi – 12. Şəki – 11. NTD – 10.

B qrupu: Ordu – 20. Naxçıvan – 18. Quba – 14. Sərhədçi – 13. Lənkəran – 13. Sumqayıt – 11.

Xatırladaq ki, ABL oyunları dörd dövrədən və 20 turdan ibarət olacaq. Müntəzəm mövsümün oyunları A və B qruplarına bölünməklə keçirilir. Müntəzəm mövsümdə A qrupunu ilk 3 sırada tamamlamış klublarla yanaşı, B qrupunu lider bitirmiş komanda pley-offun 1/4 final mərhələsinə vəsiqə qazanacaq. A və B qruplarında digər yerləri tutmuş komandalar isə pley-offun 1/8 final mərhələsində üz-üzə gələcəklər. Bu mərhələdə ən tez iki qələbə qazanacaq klublar 1/4 finala yüksələcəklər. Həm 1/4 final, həm də yarımfinal seriyaları 2 qələbəyə qədər davam edəcək.

Final seriyasında isə ən tez 3 qələbə qazanacaq klub Azərbaycan Basketbol Liqasının çempionu olacaq.

Chosen
6
6
arena.az

10Sources