Qadın voleybolçular arasında təşkil edilmiş Azərbaycan çempionatında (Yüksək Liqa) bu gün 7-ci turun növbəti oyunu keçirilib.
Arena.az xəbər verir ki, turun sonuncu oyun günündə bir qarşılaşma baş tutub.
“Abşeron” “Turan”la üz-üzə gəlib. Azərbaycan Voleybol Federasiyasının idman zalında baş tutmuş bu görüşdə Tovuz təmsilçisi inamlı qələbəyə sevinib. Belə ki, “Turan” rəqibini 3:0 (25:19, 25:12, 25:18) hesabı ilə məğlub edib.
Xatırladaq ki, turun daha əvvəl gerçəkləşmiş qarşılaşmalarında “Azərreyl” “Murov”u (3:0), “Gəncə” isə UNEC-i (3:2) məğlub etmişdi.
Qeyd edək ki, dekabrın 22-də qadınların yarışında ilin son oyunu baş tutacaq. Həmin gün 3-cü turdan təxirə salınmış “Milli Aviasiya Akademiyası” – “Abşeron” qarşılaşması keçiriləcək.
Yüksək Liqa (qadınlar)
7-ci tur
19 dekabr
“Abşeron” – “Turan” 0:3 (19:25, 12:25, 18:25)
