EN

Orban Aİ nin Ukraynaya kredit vermək qərarını müharibəyə doğru addım adlandırıb

525.az saytından alınan məlumata görə, ain.az bildirir.

“Avropa İttifaqının sammitində Ukraynaya 90 milyard avro faizsiz kredit verilməsi qərarı Avropanı müharibəyə daha da yaxınlaşdırır”.

525.az xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban sammitdən sonra jurnalistlərə deyib.

O hesab edir ki, bu, Avropanı müharibəyə yaxınlaşdıran pis bir qərardır:

“Bu, kredit kimi görünür, amma əlbəttə ki, ukraynalılar onu heç vaxt geri qaytara bilməyəcəklər, ona görə də mahiyyət etibarilə pul itkisidir".

Baş nazir bildirib ki, məsuliyyəti və maliyyə nəticələrini bu kreditin arxasında dayananlar daşıyacaqlar.

“Bir düşünün: iki tərəf müharibə aparır. Siz üçüncüsünüz, ora daxil olursunuz və bir tərəfdən külli miqdarda pul götürüb digər tərəfə verirsiniz. Bu nə deməkdir? Bu, müharibədir", - Orban vurğulayıb.

Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta Aİ sammitindən sonra keçirilən mətbuat konfransında bildirib ki, qurum Ukraynaya öz büdcəsindən 90 milyard avro kredit vermək qərarına gəlib. Ukrayna krediti yalnız Rusiya təzminat ödədikdən sonra qaytarmalıdır. Onun sözlərinə görə, Aİ bu kreditin dondurulmuş Rusiya aktivləri ilə geri qaytarılması hüququnu özündə saxlayır.

Pərvanə Sultanova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
66
44
525.az

10Sources