AZ

Orbandan sərt açıqlama: Bu, axmaqlıqdır

"Rusiyanın aktivlərini götürüb Ukraynaya vermək Avropa İttifaqının müharibəyə daxil olması deməkdir".

Publika.az xəbər verir ki, bu sözləri Macarıstanın Baş naziri Viktor Orban Belçikanın paytaxtı Brüsseldə keçirilən sammitdə deyib.

O, jurnalistlərdən birinin dondurulmuş aktivlər üçün daha çox zəmanət tələb etmək barədə sualına sərt cavab verib.

"Nə üçün zəmanət? Bu fikir axmaqlıqdır. Kiminsə pulunu götürmək. Müharibədə iki ölkə var, elə deyilmi? Avropa İttifaqı yox, Rusiya və Ukrayna. Kimsə, Aİ bir müharibə edən tərəfdən pul götürüb digərinə vermək istəyir. Bu, müharibəyə doğru irəliləmək deməkdir", - Orban söyləyib.

Seçilən
62
44
publika.az

10Mənbələr