EN

1 milyona yaxın vətəndaşa 40%-dək güzəştlər tətbiq ediləcək

Bakı. Trend:

Respublika üzrə təqaüdçülər, yaşa və əlilliyə görə pensiyaalanlar, qazilər, veteranlar, şəhid ailələri və ailə başçısınıitirməyə görə sosial müavinat alan şəxslər üçün yeni güzəştlərtətbiq olunur. Artıq seçilmiş marketlər, apteklər və klinikalarda40%-dək endirimlər mövcuddur.

Bu barədə Trend-ə Dövlət Sosial Müdafiə Fondundan məlumatverilib.

Bildirilib ki, endirimlərdən yararlanmaq üçün şəxslərtelefonlarına e-Sosial mobil tətbiqini yükləyərək qeydiyyatdankeçməlidirlər. Qeydiyyatdan sonra tətbiqdə şəxsin fərdi barkoduyaranır və kassada ödənişdən əvvəl kassirə təqdim etməklə endiriməldə etmək mümkündür.

“Sosial tərəfdaş” Layihəsi Dövlət Sosial Müdafiə Fondununtəşəbbüsü ilə həyata keçirilir və məqsəd sosial ödəniş alanşəxslərin rifahını yaxşılaşdırmaq, gündəlik xərcləriniazaltmaqdır.

Əlavə məlumat və iştirakçı müəssisələrin siyahısı üçün keçidlinki: https://sosialterefdash.az/

İnstagram: sosial.terefdash.az

Chosen
36
6
az.trend.az

7Sources