AZ

1 milyona yaxın vətəndaşa 40%-dək güzəştlər tətbiq ediləcək

Respublika üzrə təqaüdçülər, yaşa və əlilliyə görə pensiya alanlar, qazilər, veteranlar, şəhid ailələri və ailə başçısını itirməyə görə sosial müavinat alan şəxslər üçün yeni güzəştlər tətbiq olunur. Artıq seçilmiş marketlər, apteklər və klinikalarda 40%-dək endirimlər mövcuddur.

Bu barədə Bakıvaxtı.az-a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Bildirilib ki, endirimlərdən yararlanmaq üçün şəxslər telefonlarına e-Sosial mobil tətbiqini yükləyərək qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan sonra tətbiqdə şəxsin fərdi barkodu yaranır və kassada ödənişdən əvvəl kassirə təqdim etməklə endirim əldə etmək mümkündür.

“Sosial tərəfdaş” Layihəsi Dövlət Sosial Müdafiə Fondunun təşəbbüsü ilə həyata keçirilir və məqsəd sosial ödəniş alan şəxslərin rifahını yaxşılaşdırmaq, gündəlik xərclərini azaltmaqdır.

Əlavə məlumat və iştirakçı müəssisələrin siyahısı üçün keçid linki: https://sosialterefdash.az/

İnstagram: sosial.terefdash.az

Seçilən
12
6
bakivaxti.az

7Mənbələr