EN

Rusiya aktivlərinin müsadirəsi Aİ üçün ciddi risklər yaradır - Orban

Rusiya aktivlərinin müsadirə edilməsi Avropa İttifaqı üçün ciddi itkilərlə nəticələnə bilər. 

Missiya.Az xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban Brüsseldə keçirilən Aİ sammiti zamanı bildirib.

Onun sözlərinə görə, Avropa şirkətlərinin Rusiyadakı aktivlərinin dəyəri Aİ-də dondurulmuş Rusiya aktivlərindən daha çoxdur və Moskvanın cavab tədbirləri dağıdıcı ola bilər.

Qeyd edək ki, Avropa Komissiyası Rusiyaya məxsus 210 milyard avroluq aktivin müsadirə olunmasına ümid edirdi. Bu vəsaitin 185 milyard avrosu Belçikadakı “Euroclear” bankında dondurulub. Sammitin ilk gününün sonuna qədər məsələ ilə bağlı razılıq əldə olunmayıb.

Seyranə QuliyevaMissiya.Az

Chosen
69
44
missiya.az

10Sources