“Baku Electronics” yeni il ərəfəsində endirimlərlə dolu kampaniya edir.
Kampaniya çərçivəsində bir çox məhsulu 70%-dək endirimlə əldə etmək olar. Bu da o deməkdir ki, “Samsung” paltaryuyanını 999,99 manata deyil, 569,99 manata əldə etmək olar. Bundan əlavə endirimli qiyməti üç aya bölmə imkanı da müştəriləri gözləyir.
Eyni zamanda məhsullar 18 ayadək hissəli ödəniş imkanı ilə təqdim olunur. İndi “Gorenje” ətçəkən maşınını ayda 9 manat ödəməklə əldə etmək olar.
Ev əşyaları və mebellərdə isə 70%-dək endirim, endirimli qiyməti altı aya bölmə və 30 ayadək hissəli ödəniş imkanı alıcıları gözləyir.
Onu da qeyd edək ki, Yeni il kampaniyasında alıcılar “Baku Electronics” mağazalarına gələrək, həmçinin müxtəlif tədbirlərdə, əyləncəli şoularda, şənliklərdə iştirak edə bilərlər.
Bundan əlavə müxtəlif hədiyyəli müsabiqələr, yarışlar da kampaniya boyunca davam edəcək.
Yeni il yaxınları və özünü sevindirmək üçün əla fürsətdir. Odur ki 15 yanvaradək davam edəcək kampaniya çərçivəsində “Baku Electronics”dən 70%-dək endirimlə alış-veriş edib ili yeni məhsullarla yeniləmək mümkündür!
Xatırladaq ki, “Baku Electronics” artıq 29 ildir ki, alıcılar üçün hər şeydən öncə yüksək keyfiyyətli məhsullar, etibarlılıq və güvən ifadə etməkdədir.
“Baku Electronics” “Samsung”, LG, “Bosch”, “Sony”, “Huawei”, “Xiaomi”, “Tefal”, “Rowenta”, “Panasonic”, HP, “Acer”, “Philips”, “Lenovo”, “Kenwood”, “Braun”, “Delonghi” və onlarla digər dünyada tanınmış markaların rəsmi distribütoru, “Apple” brendinin isə rəsmi satış təmsilçisidir.
Elektronika və məişət texnikası bazarında aparıcı mövqe tutan “Baku Electronics”in paytaxt və regionlarda artıq 30 mağazası, eyni zamanda elektron ticarət üçün www.bakuelectronics.az veb-saytı, əlaqə üçün isə 143 qaynar xətti fəaliyyət göstərir.