Artıq Yeni ilə bir neçə gün qalıb. Hər yerdə bununla əlaqədar endirim və kampaniyalarına rast gəlirik. Ölkədə fəaliyyət göstərən banklar da yeni illə əlaqədar kampaniyalara start verib.
Banco.az bankların bayram münasibətilə keçirdiyi kampaniyalarını bir araya yığıb sizə təqdim edir:
1. Bank VTB
Bank VTB-nin kredit kampaniyası dekabrın 30-dək davam edəcək. Krediti banka gəlmədən "İnternet Bank"da tam onlayn rəsmiləşdirmək mümkündür. Krediti illik 10,99%-dən, zaminsiz və komissiyasız əldə edə bilərsiniz. Üstəlik, sənədləri "SİMA İmza" ilə təsdiqləyərək vəsaiti 10-15 dəqiqə ərzində əldə etmək mümkündür.
Ətraflı məlumat üçün keçid edin: http://tinyurl.com/2k8asp67
2. Rabitəbank
Rabitəbank hər kəs üçün sərfəli şərtlərlə "Qış kampaniyası"na start verib. Hər kəs əməkhaqqından asılı olmayaraq Bankdan 11,5%-lə nağd pul kreditini rahatlıqla götürə bilər. Kreditin müddəti 48 ayadək, məbləği isə 30 000 AZN-dəkdir.
Kampaniya 29 dekabrda bitəcək.
Ətraflı məlumat üçün keçid edin: http://tinyurl.com/j4ayyt6f
3. Bank of Baku
Hazırda bankda iki kampaniya var. Komissiyasız kredit kampaniyası və qış kampaniyası. 1-ci kampaniya çərçivəsində 50 000 AZN-dək krediti komissiyasız, illik 12,9%-dən başlayan şərtlərlə əldə edə bilərsiniz.
Digər kampaniyada isə 50 000 AZN-dək krediti 3-59 aya qədər, illik 11,5%-dən başlayan faizlərlə, 0%-dən başlayan komissiya şərtləri ilə əldə edə bilərsiniz.
Komissiyasız kredit kampaniyası: http://tinyurl.com/2p8rypt6
Qış kampaniyası: http://tinyurl.com/25crnkje
4. Yelo Bank
Yelo Bank 50 000 AZN-dək nağd pul kreditini illik cəmi 9.9%-lə, 0,5-1,5% komissiya və 6-59 ay müddətinə əldə etmək imkanı təklif edir. Qeyd edək ki, "10-dan sərfəli kredit" kampaniyası 30 dekabradək keçərlidir.
Ətraflı məlumat üçün keçid edin: http://tinyurl.com/3a97auex
5. Exspressbank
Kampaniya çərçivəsində Bankda 70 000 AZN-dək krediti illik min. 9.5%-lə əldə də bilərsiniz. Komissiya 0-3,5% aralığındadır, kreditin müddəti isə 59 ayadəkdir. Üstəlik, krediti indi alıb əsas məbləğ üzrə ödənişə 2 ay sonra başlaya bilərsiz.
Təklif 15.01.2024-cü il tarixinədək qüvvədədir.
Ətraflı məlumat üçün keçid edin: http://tinyurl.com/bdz9kr5n
6. AFB Bank
AFB Bank-ın nağd pul krediti üzrə "Mövsümün təklifi" adlı kampaniyası 31.12.2023-ci il tarixinədək qüvvədədir. AFB Bank-dan ilk dəfə nağd pul krediti alan müştərilər üçün komissiya 0% təşkil edəcək. Bununla yanaşı, rəsmi əmək haqqı və ya təqaüd alan hər kəs kreditlə bağlı xüsusi üstünlüklər qazanacaq. Kreditin illik faiz dərəcəsi 11.99%-dən, müddəti 3-48 ay, məbləği isə 30 000 manatadəkdir.
Ətraflı məlumat üçün keçid edin: http://tinyurl.com/4nd77nhw
7. Bank Respublika
Hazırda bankda iki kampaniya var.
Bank Respublika-nın "O olmasın 10 olsun" kampaniyası çərçivəsində müştərilər 50.000 AZN-ə qədər krediti illik min. 10%-lə, 48 ayadək və komissiya tələbi olmadan əldə edə bilərlər.
Üstəlik kredit üzrə zamin tələbi o da yoxdur.
Kampaniya 15 yanvar 2024-cü il tarixinədək davam edəcək.
Ətraflı: http://tinyurl.com/bdhaydxr
Digər kampaniya isə sahibkarlar üçündür.
Belə ki, Bankın sahibkarlar üçün start verdiyi yeni "İkiqat Dəstək" adlı kredit kampaniyasına görə, bankdan mikro və aqro kredit götürən müştərilərə ikiqat dəstək verilərək həm kredit faizində, həm də komissiyada endirim ediləcək. Belə ki, müştərilər qarşıdan gələn 2024-cü ildə öz planlarını həyata keçirmək üçün həm faiz dərəcəsində min. 20% endirim, həm də komissiyada min. 24% endirim əldə etmək imkanı qazanacaq.
Kreditin maksimal məbləği - 50.000 manatadək, müddəti - 48 ayadək, illik faiz dərəcəsi isə min. 10% təşkil edir. Kampaniya 1 fevral 2024-cü il tarixinədək davam edəcək.
Ətraflı: http://tinyurl.com/4uehvj7v
8. Accessbank
Bankda 2 kampaniya mövcuddur.
Kredit kampaniyasına görə, müştərilər hazırda 40 000 AZN-dək krediti illik cəmi 10%-dən başlayan faizlərlə əldə edə bilərlər. Komissiya 1-3% aralığında, müddət isə 6 aydan 48 ayadəkdir.
Ətraflı məlumat üçün keçid edin: http://tinyurl.com/2p836ejd
Bank, həmçinin, Yeni İl ab-havasına əlavə rəng qataraq, misli görünməyən "2023-də 23 AZN xərclə, 2024-də 24 AZN qazan" kampaniyasına start verib. Kampaniyanın qaydalarına görə, yeni OK kredit kartı sahiblərinə 2023-cü ilin son gününə qədər minimum birdəfəlik 23 manat xərcləmək şərti ilə, 2024-cü ilin ikinci həftəsinin sonunadək 24 AZN məbləğində birdəfəlik pul mükafatı kredit kartının balansına yüklənilir.
Kampaniya 31 dekabra qədər aktivdir.
Ətraflı məlumat üçün keçid edin: http://tinyurl.com/2mddwhba
9. Unibank
Dekabrın 25-dən 30-dək Unibank-ın filialına getməklə, 3 000 AZN mədaxil edərək Mastercard Black Edition (3 illik), 10 000 AZN ilə isə Mastercard World Elite kartlarını (3 illik) pulsuz əldə edə bilərsiniz.
Ətraflı: http://tinyurl.com/5fvfj5nf
10. ABB
Bank Yeni illə əlaqədar bir neçə kampaniyaya start verib.
4 yanvaradək istənilən növ TamKart-la 20 AZN-dən yuxarı hər növbəti ödəniş daha çox keşbek qazandıracaq. Belə ki, 1-ci ödənişdə 1%, 2-cidə 2%, 3-cüdə 3%, 4-cüdə 4%, 5-ci ödənişdə isə 5% əlavə keşbek qazanacaqsınız.
Həmçinin, 15 yanvaradək isə Miles kart sahibləri 2024-cü ilə 2024 Mil qazanmaq şansı əldə edəcəklər. Bunun üçün Miles kartınız ilə ödənişlər etmək kifayətdir.
TamKart-lılara özəl Yeni il kampaniyası: http://tinyurl.com/4ymcc427
Miles kart sahiblərinə özəl kampaniya: http://tinyurl.com/mtjhuev7
11. Kapital Bank
Bankın "Hər 100-cü müştərinin kredit ödənişinə 100 AZN hədiyyə" kampaniyası 30 dekabradək davam edəcək. Bu tarixə qədər nağd kredit əldə edən hər 100-cü müştəridən biri olsanız, kredit ödənişiniz üçün 100 AZN məbləğ Bankdan sizə hədiyyə olacaq. Bundan əlavə, onlayn əldə edilən kreditlərə 2%-dək endirim imkanı təqdim olunacaq.
Ətraflı: http://tinyurl.com/5djcd7df
12. Xalq Bank
Bank Yeni il bayramı ərəfəsində XalqKart sahiblərini sevindirəcək kampaniyaya start verib.
14 yanvaradək XalqKart sahibləri 6 kateqoriya üzrə alış-verişlərdən 6% keşbek əldə edəcəklər. Belə ki, kampaniya ərzində XalqKart Petrol market, geyim, restoran, parfumeriya, gözəllik salonları və hədiyyə mağazalarında aparılan nağdsız ödənişlərdən 6% petrol, XalqKart Cashback kartları isə 6% keşbek qazandıracaq.
Daha ətraflı: http://tinyurl.com/3zsy43hd
13. Yapı Kredi Bank
Bank ilk dəfə Yapı Kredi Azərbaycan-dan istehlak kreditini əldə edən müştərilərə 3% endirim kampaniyasına start verib. Belə ki, Bank müştərilərinə 59 ayadək krediti 12%-lə əldə etmək imkanı yaradıb. Kampaniya yalnız yeni (Yapı Kredi Bankda ilk dəfə kredit götürən) müştərilərə şamil ediləcək. Üstəlik, kampaniya çərçivəsində kredit kart əldə etmiş müştərilər 31 dekabr tarixinədək kartdan alış-veriş edərsə bir illik xidmət haqqı tutulmayacaq. Kampaniya 31 dekabr 2023 tarixinədək keçərlidir.
Ətraflı məlumat üçün keçid edin: http://tinyurl.com/2uwhbws9
14. PAŞA Bank
PAŞA Bank kiçik və orta sahibkarlığa dəstək məqsədilə yeni kredit kampaniyası başladıb.
Kampaniyanın əsas məqsədi il sonuna doğru kiçik və orta sahibkarlarda vəsait tələbinin artması, həmçinin bayramlar öncəsi tədarük və təchizat prosesində yarana biləcək ehtiyacların qarşılanmasının operativ həllidir.
Belə ki, 31 dekabr tarixinədək davam edən kampaniya çərçivəsində onlayn biznes kreditinə müraciət edən biznes sahibləri krediti 1.5% deyil 0.9% birdəfəlik komissiya ilə əldə edə bilərlər.
Ətraflı: http://tinyurl.com/nmddd296