EN

PSJ Mbappeyə 61 milyon avro ödəyəcək

Paris Əmək Məhkəməsi “PSJ”nin sabiq futbolçusu Kilijan Mbappeyə 61 milyon avro məbləğində təzminat ödəməsinə qərar verib.

Apasport.az Fransa mətbuatına istinadən xəbər verir ki, 2024-cü ilin yayında “Real”a azad agent kimi transfer olunan fransalı hücumçu ilə klub arasında maaş və müqavilə ilə bağlı yaranan mübahisə məhkəmədə araşdırılıb.

Məhkəmə PSJ-nin Mbappeyə ödənilməmiş maaş və bonusları əvəzində 61 milyon avro ödəməli olduğuna qərar verib.

27 yaşlı forvard haqsız müqavilə ləğvi və imza bonusları da daxil olmaqla, ümumilikdə 10 maddə üzrə keçmiş klubundan 263 milyon avro təzminat tələb etmişdi.

PSJ isə müqaviləni uzatmamaq qərarını gizlətməkdə və klubu mümkün transfer gəlirindən məhrum etməkdə günahlandırdığı Mbappeyə qarşı 440 milyon avro məbləğində əks təzminat iddiası qaldırmışdı.

Əvəzedicilər Liqası: XIV tura yekun vurulub

Luiz Enrike ən yaxşı baş məşqçi seçilib - FİFA TƏRƏFİNDƏN

FİFA ilin futbolçusunun adını açıqlayıb - PSJ-nin ulduzu zirvədə

Yaponiyalı müdafiəçi “Ayaks”da - RƏSMİ

“Liverpul”un sabiq baş məşqçisi Səudiyyə Ərəbistanı klubunda - RƏSMİ

Chosen
29
5
apasport.az

7Sources