EN

Finlandiya Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşunu 10 dəfəyə yaxın artırıb

Bakı. Trend:

Bu ilin yanvar-sentyabr ayları ərzində Finlandiyadan Azərbaycanabirbaşa xarici investisiyaların həcmi 21,206 milyon ABŞ dollarıtəşkil edib.

Trend bubarədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, bu ötən ilin eyni dövrü ilə müqayisədə 31,082milyon dollar və ya 9,6 dəfə çoxdur.

Hesabat ilində Azərbaycana birbaşa xarici investisiyaların ümumihəcmində Finlandiyadan olan investisiyaların payı 0,4% təşkiledib.

Azərbaycan isə öz növbəsində cari ilin ilk 9 ayı ərzindəFinlandiya iqtisadiyyatına 10,934 milyon dollar sərmayə qoyub ki,bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,074 milyon dollar və ya2,8 dəfə çoxdur.

Birbaşa xarici investisiyaların ümumi həcmində Finlandiyayayatırılan Azərbaycan investisiyalarının xüsusi çəkisi 0,5% təşkiledib.

2024-cü ilin ilk 9 ayı ərzində Finlandiyadan Azərbaycana birbaşaxarici investisiyaların ümumi həcmi 2,218 milyon dollar,Azərbaycandan isə bu ölkəyə yatırımların həcmi 3,860 milyon dollartəşkil etmişdi.

Qeyd edək ki, 2025-ci ilin ilk 9 ayında Azərbaycaniqtisadiyyatına birbaşa xarici investisiyalar 4,736 milyard ABŞdollarından çox olub. Bu isə 2024-cü ilin eyni dövründəkigöstəriciyə nisbətən 213,485 milyon ABŞ dolları və ya 4,7% artımdeməkdir.

Eyni zamanda hesabat dövrü ərzində Azərbaycandan xariciiqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə2,039 milyard ABŞ dolları olub ki, bu da 2024-cü ilin ilk 9ayındakı göstərici ilə müqayisədə 658,090 milyon ABŞ dolları və ya47,7% çoxdur.

Məqalədə:
Chosen
21
15
az.trend.az

10Sources