Bakı. Trend:
Bu ilin yanvar-sentyabr ayları ərzində Qazaxıstandan Azərbaycanabirbaşa xarici investisiyaların həcmi 17,193 milyon ABŞ dollarıtəşkil edib.
Trend bubarədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,934milyon dollar və ya 1,9 dəfə çoxdur.
Hesabat ilində Azərbaycana birbaşa xarici investisiyaların ümumihəcmində Qazaxıstandan olan investisiyaların payı 0,4% təşkiledib.
Azərbaycan isə öz növbəsində cari ilin ilk 9 ayı ərzindəQazaxıstan iqtisadiyyatına 7,310 milyon dollar sərmayə qoyub ki,bu, ötən ilin eyni dövrü ilə müqayisədə 965 min dollar və ya 11,7%azdır.
Birbaşa xarici investisiyaların ümumi həcmində Qazaxıstanayatırılan Azərbaycan investisiyalarının xüsusi çəkisi 0,4% təşkiledib.
2024-cü ilin ilk 9 ayı ərzində Qazaxıstandan Azərbaycana birbaşaxarici investisiyaların ümumi həcmi 2,207 milyon dollar,Azərbaycandan isə bu ölkəyə yatırımların həcmi 8,275 milyon dollartəşkil etmişdi.
Qeyd edək ki, 2025-ci ilin ilk 9 ayında Azərbaycaniqtisadiyyatına birbaşa xarici investisiyalar 4,736 milyard ABŞdollarından çox olub. Bu isə 2024-cü ilin eyni dövründəkigöstəriciyə nisbətən 213,485 milyon ABŞ dolları və ya 4,7% artımdeməkdir.
Eyni zamanda hesabat dövrü ərzində Azərbaycandan xariciiqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə2,039 milyard ABŞ dolları olub ki, bu da 2024-cü ilin ilk 9ayındakı göstərici ilə müqayisədə 658,090 milyon ABŞ dolları və ya47,7% çoxdur.