Olaylar.az xəbər verir ki, "Daily Mail" nəşrinin məlumatına görə, terror aktına "qisas" məqsədilə müsəlman məzarları üzərinə qaban (donuz) başları atılıb.
Hadisəyə səbəb olan terror aktı Bazar günü Sidneydəki Bondi çimərliyində baş verib. 50 və 24 yaşlı ata-oğul olduğu bildirilən iki şəxs insanlara atəş açıb.
Nəticədə 16 nəfər, o cümlədən hücum edənlərdən biri həlak olub, 40 nəfər isə yaralanıb.
Avstraliya Daxili Kəşfiyyat Agentliyinə (ASIO) istinadən bildirilir ki, hücum edənlərdən biri, Navid Akram, daha əvvəl də xüsusi xidmət orqanlarının diqqət mərkəzində olub.
Həmçinin Yeni Cənubi Uels əyalətinin terrorla mübarizə qrupunun mənbəsi bildirib ki, şübhəlilərin Bondi çimərliyindəki avtomobilində İG (İŞİD) bayrağı tapılıb.