EN

Biləsuvarda gəlin qayınanasını boğub öldürdü –Həbs edildi

Biləsuvar sakini boğularaq öldürülüb, bəzi təfərrüatlar məlum olub.

Bir müddət öncə beyindaxili təzyiqdən öldüyü deyilən 1953-cü il təvəllüdlü Almaz Cəfərovanın qətlə yetirildiyi müəyyən edilib.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə onun boğularaq öldürüldüyü məlum olub. Qətl hadisəsində şübhəli bilinən gəlini 1995-ci il təvəllüdlü Gülbəniz Həsənzadə və gəlinin qardaşı 2000-ci il təvəllüdlü Qasım Həsənov polis əməkdaşları tərəfindən saxlanılıblar.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Hadisə rayonun İsmətli kəndində qeydə alınıb.

Belə ki, ilkin informasiyaya görə bir ay öncə kənd sakini 1953-ci il təvəllüdlü Almaz Cəfərova vəfat edib. Həmən vaxt onun qan təzyiqindən öldüyü bildirilib.

Dünən ortaya çıxan kamera görüntülərində onun gəlini tərəfindən boğulduğu aşkarlanıb./APA/

AzPost.az

Chosen
15
10
azpost.info

10Sources