AZ

Qaynananın əcəli ilə öldüyü deyilirdi: gəlin və qardaşı saxlanıldı - Azərbaycanda

Biləsuvarda təzyiqdən öldüyü deyilən qadının qətlə yetirildiyi məlum olub.

Ölkə.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə rayonun İsmətli kəndində qeydə alınıb.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə bir müddət öncə beyindaxili təzyiqdən öldüyü deyilən 1953-cü il təvəllüdlü Almaz Cəfərovanın boğularaq öldürüldüyü məlum olub. Qətl hadisəsində şübhəli bilinən gəlini 1995-ci il təvəllüdlü Gülbəniz Həsənzadə və gəlinin qardaşı 2000-ci il təvəllüdlü Qasım Həsənov polis əməkdaşları tərəfindən saxlanılıblar.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Seçilən
27
9
olke.az

10Mənbələr