EN

"Bitcoin" 2026-cı ildə kəskin bahalaşacaq

"Bitcoin"in pik qiyməti 2026-cı ildə 140.000 dollara çatacaq.

Publika.az xəbər verir ki, bu barədə "Bitget Research" şirkətinin aparıcı analitiki Rayan Li proqnoz verib.

“İndi əsas diqqət ABŞ-da pul siyasətinin gələcəyinə və tənzimləyicinin əsas faiz dərəcəsini artırmaqla cilovlayacağı inflyasiyanın sürətlənib-sürətlənməyinə yönəlib. Əgər investorlar növbəti altı ay ərzində pul siyasətinin yumşaldılması siqnalı alsalar, kapitalın riskli aktivlərə qayıdacağını gözləyə bilərik. Əvvəlcə "Bitcoin"in 110.000 dollara qədər orta dərəcədə artması, daha sonra isə 2026-cı ilin ikinci rübündə 120.000-125.000 dollar arasında sınaqdan keçirilməsi gözlənilir. 2026-cı ilin ikinci yarısında "Bitcoin", optimist ssenaridə, yüksəlməyə davam edə və 140.000 dollara çata bilər”, - deyə Li qeyd edib.

Onun sözlərinə görə, hər şey investor kapitalının kripto bazarına axınından asılıdır.

"Likvidlik artarsa, artım olacaq; yeni kapital axını olmazsa, "Bitcoin" mövcud diapazonunda dəyişməyə davam edəcək və 120.000 dollardan yuxarı çıxa bilməyəcək", - Li izah edib.

Chosen
89
1
publika.az

2Sources