AZ

2026-cı ildə "Bitcoin"in maksimum qiymət - PROQNOZU AÇIQLANDI

“Bitget Research” şirkətinin aparıcı analitiki Rayan Li, Bitcoin-in pik qiymətinin 2026-cı ildə 140 000 dollara çatacağını proqnozlaşdırıb.

FED.az biznes və maliyyə xəbərləri portalının məlumatına görə, ekspert bildirib ki, indi əsas diqqət ABŞ-da pul siyasətinin gələcəyinə və FED-in əsas faiz dərəcəsini artırmasına yönəlib. «Əgər investorlar növbəti altı ay ərzində pul siyasətinin yumşaldılması siqnalı alsalar, kapitalın riskli aktivlərə qayıdacağını gözləyə bilərik, əvvəlcə Bitcoin-in 110 000 dollara artması, ardınca 2026-cı ilin ikinci rübündə 120 000-125 000 dollar arasında sınaqdan keçirilməsi gözlənilir. 2026-cı ilin ikinci yarısında isə Bitcoin, optimist ssenaridə, yüksəlməyə davam edə və 140 000 dollara çata bilər»”, - deyə Li qeyd edib.

Lakin, onun sözlərinə görə, hər şey investor kapitalının kripto bazarına axınından asılıdır. Li izah edir ki, likvidlik artarsa, artım olacaq; yeni kapital axını olmazsa, Bitcoin mövcud diapazonunda dəyişməyə davam edəcək və 120 000 dollardan yuxarı çıxa bilməyəcək.

Seçilən
0
1
fed.az

10Mənbələr