İlin birinci yarısında rubl möhkəm qalacaq, dolların məzənnəsi isə təxminən 80 rubl səviyyəsində olacaq.
Publika.az xəbər verir ki, bu barədə "Sovkombank"ın baş analitiki Mixail Vasilyev Gazeta.ru-ya açıqlamasında bildirib.
"Biz hesab edirik ki, 2026-cı ilin əvvəlində dolların 90 rubldan yuxarı sıçraması riskləri aşağıdır. Bu ssenarinin subyektiv ehtimalı 5–10% təşkil edir. Bu ilin əvvəlindən etibarən dollar rubl qarşısında 24% zəifləyərək 1 dollar üçün 102 rubldan 77 rubla düşüb. Bu, ilin əvvəlindən Brent markalı neftin qiymətinin 17% azalaraq bir barel üçün 62 dollara enməsinə baxmayaraq baş verib. Rublu ticarət balansının profisiti, yüksək əsas faiz dərəcəsi və valyutaya aşağı tələbat (idxalın maliyyələşdirilməsi, kapital axını və xarici borcların ödənilməsi üçün) dəstəkləyib. Hesab edirik ki, bu amillər 2026-cı ilin əvvəlində də qalacaq", - deyə Vasilyev qeyd edib.
O, inflyasiyanın yavaşıması fonunda Rusiya Mərkəzi Bankının əsas faiz dərəcəsini rübdə 50 baza bəndi azaltmaqla 2026-cı ilin sonuna qədər 14%-ə endirə biləcəyini də istisna etməyib.
Analitikin sözlərinə görə, əsas faiz dərəcəsi azalsa da, real ifadədə yüksək qalacaq və bu da rublu dəstəkləməyə davam edəcək. O, 2026-cı il üçün proqnozlarında Brent neftinin orta qiymətini bir barel üçün 63 dollar səviyyəsində götürür (bu il — 69 dollar).