EN

Rusiya yenidən Türkiyə gəmisinə HÜCUM ETDİ

Rusiyanın hərbi qüvvələri yenidən Türkiyəyə məxsus mülki gəmini hədəfə alıb.

Modern.az xÉ™bÉ™r verir ki, Ukrayna HÉ™rbi DÉ™niz QüvvÉ™lÉ™rinin mÉ™lumatına görÉ™, ÅŸÉ™nbÉ™ günü pilotsuz uçuÅŸ aparatı ilÉ™ MisirÉ™ doÄŸru hÉ™rÉ™kÉ™t edÉ™n “VIVA” adlı TürkiyÉ™ gÉ™misi vurulub.

Qeyd olunur ki, Rusiya tÉ™rÉ™fi günÉ™baxan yağı daşıyan “VIVA” gÉ™misinÉ™ mÉ™qsÉ™dli ÅŸÉ™kildÉ™ zÉ™rbÉ™ endirib. GÉ™mi Qara dÉ™nizdÉ™ taxıl dÉ™hlizi üzrÉ™ hÉ™rÉ™kÉ™t edirmiÅŸ vÉ™ onun göyÉ™rtÉ™sindÉ™ TürkiyÉ™ Respublikasının 11 vÉ™tÉ™ndaşı olub.

Ukrayna hərbçiləri bildiriblər ki, insident nəticəsində ekipaj üzvləri xəsarət almayıb. Hazırda gəmi hərəkətini davam etdirir və təyinat limanı olan Misirə doğru üzür.

Məlumata görə, hücum açıq dənizdə, Ukraynanın müstəsna iqtisadi zonasında baş verib və bu ərazi Ukraynanın hava hücumundan müdafiə sistemlərinin əhatə dairəsindən kənarda yerləşir. Ukrayna Hərbi Dəniz Qüvvələri Rusiyanın bu addımını beynəlxalq dəniz hüququnun kobud şəkildə pozulması kimi qiymətləndirib. Qeyd olunub ki, bu cür hücumlar gəmiçilik azadlığının əsas prinsiplərinə ziddir və San-Remo Təlimatlarının açıq şəkildə pozulmasıdır.

Ukrayna tərəfi gəminin kapitanı ilə daim əlaqə saxlanıldığını, ehtiyac yaranacağı halda dəniz axtarış-xilasetmə xidmətinin köməyə hazır olduğunu açıqlayıb.

Xatırladaq ki, dekabrın 12-də də Rusiyanın hava zərbəsi nəticəsində Ukraynanın Odessa vilayətində Türkiyəyə məxsus başqa bir mülki gəmi zədələnmiş və yanğın baş vermişdi. Həmin gəmi Türkiyənin Karasu limanından Rumıniyaya doğru hərəkət edirdi.

Chosen
91
50
modern.az

10Sources