Rusiyanın Saratov Hava Limanında təyyarələrin gəlişi və uçuşuna məhdudiyyətlər tətbiq edilib.
Qaziler.az "izvestiya"ya istinadən bildirir ki, Federal Hava Nəqliyyatı Agentliyinin (Rosaviasiya) sözçüsü Artem Korenyako bu barədə 5 yanvarda məlumat verib.
"Saratov Hava Limanı (Qaqarin). Təyyarələrin gəlişi və uçuşuna müvəqqəti məhdudiyyətlər tətbiq edilib", - deyə o, Telegram kanalında yazıb.
Korenyako məhdudiyyətlərin uçuş təhlükəsizliyini təmin etmək üçün zəruri olduğunu aydınlaşdırıb.
QAZİLER.AZ