AZ

ABŞ indi də Kolumbiyanı hədəf alıb

ABŞ prezidenti Donald Tramp bu dəfə Kolumbiya rəhbərliyini hədəfə alan açıqlaması ilə diqqət çəkib.

AzPost xəbər verir ki, Tramp Kolumbiya prezidenti Qustavo Petronu narkotik istehsalında ittiham edərək, ABŞ-ın ona qarşı xüsusi əməliyyat keçirə biləcəyini istisna etməyib.

Ağ Ev rəhbəri jurnalistlərin suallarını cavablandırarkən Kolumbiyadakı vəziyyəti “çox ağır” adlandırıb. Onun sözlərinə görə, ölkəyə “xəstə bir insan rəhbərlik edir” və bu şəxs kokain istehsalından və onun ABŞ-a satılmasından zövq alır. Tramp Petronun kokain zavodları və istehsal müəssisələri olduğunu iddia edib. ABŞ prezidentinin fikrincə, bu fəaliyyət uzun müddət davam etməyəcək.

Tramp əlavə edib ki, Kolumbiya prezidenti ilə bağlı atılacaq addımlar Venesuela lideri Nikolas Maduroya qarşı görülən tədbirlərə bənzər ola bilər. O, ABŞ-ın bu məsələdə “əməliyyat” variantını nəzərdən keçirdiyini açıq şəkildə dilə gətirib. Açıqlama beynəlxalq aləmdə ciddi müzakirələrə səbəb olub və Kolumbiya-ABŞ münasibətlərində yeni gərginlik ehtimalını gündəmə gətirib.

AzPost.az

Seçilən
77
12
azpost.info

10Mənbələr