EN

Azərbaycanda külək elektrik stansiyaları istehsalı 2 dəfə artırıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 24 603,5 kVt/saat elektrik enerjisi istehsal olunub, bu da illik müqayisədə 1% artım deməkdir.

 

Bu barədə “APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

 

Məlumata görə, hesabat dövründə ölkədə istehsal olunan elektrik enerjisinin 23 783,1 kVt-saatı əmtəəlik məhsulun payına düşüb (1% artım).

 

Ölkədə istehsal olunan elektrik enerjisinin ən böyük payı – 20 444,7 kVt/saat istilik elektrik stansiyalarının üzərinə düşüb ki, bu da 2024-cü ilin yanvar-noyabr göstəricisindən 0,9% çoxdur.

 

Cari ilin 11 ayı ərzində Azərbaycanda istehsal olunan elektrik enerjisinin qalan hissəsi su elektrik stansiyalarından, eləcə də digər alternativ və bərpa olunan enerji mənbələrindən əldə edilib.

 

Onu da qeyd etmək lazımdır ki, hesabat dövründə Azərbaycanda külər stansiyaları 100 mln. kVt/saat elektrik enerjisi istehsal ediblər ki, bu da illik müqayisədə 5 dəfə artım deməkdir.

 

Azərbaycanda elektrik enerjisinin istehsalı:

 

Məhsul növləri

 

2025-ci ilin yanvar-noyabr aylarında istehsal edilmişdir

 

Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə

 

Elektrik enerjisi, mln. kVt.s

 

24 603,5

 

101

 

ondan əmtəəlik

 

23783,1

 

101

 

istilik elektrik stansiyalarının istehsalı

 

20 444,7

 

100,9

 

ondan:

 

tullantıların yandırılmasından alınan elektrik enerjisi

 

 

172,9

 

 

94,6

 

su elektrik stansiyalarının

 

istehsalı

 

2 665,9

 

98

 

külək elektrik stansiyalarının istehsalı

 

100

 

2,0 d.

 

günəş elektrik stansiyalarının istehsalı

 

572,5

Chosen
9
3
herbiand.az

10Sources