EN

Ulu Öndərin xatirəsi Daşkənddə anılıb

Ulu Öndərin anım günü ilə bağlı Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev, səfirliyin və nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin əməkdaşları Daşkənddəki Heydər Əliyev parkında Ulu Öndərin abidəsi önünə əklil və gül dəstələri qoyublar.

 

Mədəniyyət Mərkəzindən Herbiand.az -a bildirilib ki, Hüseyn Quliyev Ulu Öndər Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərindən danışıb, Ümummilli Liderin zəngin həyat və fəaliyyəti haqqında məlumat verib. Səfir Ulu Öndər Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi işlədiyi dövrdən başlayaraq, Moskvadakı fəaliyyəti və ən nəhayət, xalqın təkidli tələbi ilə Bakıya qayıtması və müstəqil Azərbaycanın Prezidenti seçilməsi, ölkəmizi ağır bəlalardan xilas etməsi haqqında söhbət açıb.

 

Diplomat 1993-cü ildə Ümummilli Liderin hakimiyyətə gəlməsini ölkəmizin sosial, siyasi, iqtisadi və mədəni həyatında yeni dönüş nöqtəsi olduğunu bildirib.

 

Müasir Azərbaycanın memarı və qurucusu olan Heydər Əliyevin ölkəmizi dünyaya tanıtdığını bildirən H.Quliyev deyib ki, Ulu Öndərin Azərbaycanda ikinci dəfə hakimiyyətə gəlişindən sonra qısa müddətdə siyasi və iqtisadi islahatlar aparılıb, uğurlu nəticələr əldə edilib.

 

Səfir Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasət, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində görülən işlər barədə də danışıb.

Chosen
9
2
herbiand.az

3Sources