EN

ABŞ Venesuela sahillərində daha bir neçə tankeri ələ keçirməyi planlaşdırır

ABŞ Venesuela sahillərində daha bir neçə neft tankerinin ələ keçirilməsini planlaşdırır.

APA xəbər verir ki, bu barədə "Reuters" mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, ABŞ bu həftə bir tankerin saxlanılmasından sonra Venesuela Prezidenti Nikolas Maduroya təzyiqi artırmaq məqsədilə Venesuela neftini daşıyan digər gəmilərin də ələ keçirilməsinə hazırlaşır.

Agentliyin mənbələri bildiriblər ki, ABŞ hakimiyyəti artıq saxlanılması mümkün olan bir neçə tanker üzrə siyahı tərtib edib.

Chosen
27
10
apa.az

10Sources