Amerikanın iki F/A-18 qırıcısı Venesuela sahillərində sular üzərində qısa uçuş həyata keçirib.
"Unikal" xəbər verir ki, bu barədə "Associated Press" (AP) yazır.
"ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus iki F/A-18 döyüş təyyarəsi Venesuela körfəzi üzərində 30 dəqiqə uçub”, - məlumatda deyilir.
Qeyd olunur ki, bu uçuş Amerika hərbi təyyarələrinin Venesuela hava məkanına ən yaxın yaxınlaşması olub.
ABŞ Müdafiə Nazirliyinin adı açıqlanmayan rəsmisinin sözlərinə görə , qısa uçuş “adi təlim” idi və döyüş təyyarələrinin döyüş qabiliyyətini nümayiş etdirmək məqsədi daşıyıb.