EN

Xocalı türbəsinə bitişik məqbərə yeri aşkarlanıb

Bakı. Trend:

Xocalı türbəsinə bitişik məqbərə yeri aşkarlanıb.

Trend xəbərverir ki, bu barədə məlumat Azərbaycan Milli Elmlər AkademiyasınınArxeologiya və Antropologiya İnstitutunun 2025-ci ilin yekunu iləbağlı hesabatında qeyd olunub.

Hesabata görə, Şamil Nəcəfov Xocalı tarixi-arxeoloji kompleksiərazisində tədqiqatlar aparıb:

“Bu il aparılan tədqiqatlar nəticəsində nekropol ərazisindəyerüstü əlamətləri görünməyən, 70 sm dərinlikdə Xocalı türbəsinəbitişik məqbərə yeri aşkar edilib. Eyni zamanda, nekropolda tuncdövrünə aid daha bir kurqan aşkar edilib. Xocalı-Gədəbəymədəniyyətinə aid fərqli struktura malik qəbir abidələri və təkrardəfnlərin icra olunduğu bütöv nekropol da aşkarlanıb".

Qeyd olunub ki, Nəcəf Müseyiblinin rəhbərlik etdiyi “Şəmkir”arxeoloji ekspedisiyası 2025-ci ilin Baydar kurqanlarındatədqiqatlar aparılıb. Aparılan arxeoloji qazıntılar nəticəsindəaşkarlanan bu tip dəfnlər Gəncə-Qazax bölgəsində Xocalı-Gədəbəymədəniyyətinə aid nekropolların bəzilərində müşayiət olunsa da,Baydar nekropolunda ilk dəfə olaraq belə dəfn adətinin icraedildiyi bütöv məzarlıq aşkar edilib.

Chosen
27
9
az.trend.az

10Sources