AZ

Xocalı türbəsinə bitişik məqbərə yeri aşkar edildi

Xocalı türbəsinə bitişik məqbərə yeri aşkar edilib.Metbuat.az xəbər verir ki, bununla bağlı Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun 2025-ci ilin yekunu ilə bağlı hesabatında qeyd olunub. Qeyd olunub ki, Şamil Nəcəfov Xocalı tarixi-arxeoloji kompleksi ərazisində tədqiqatlar aparıb:“Bu il aparılan tədqiqatlar nəticəsində nekropol ərazisində yerüstü əlamətləri görünməyən, 70 sm dərinlikdə Xocalı türbəsinə bitişik məqbərə yeri aşkar edilib. Eyni zamanda, nekropolda tunc dövrünə aid daha bir kurqan aşkar edilib”.Həmçinin Xocalı-Gədəbəy mədəniyyətinə aid fərqli struktura malik qəbir abidələri və təkrar dəfnlərin icra olunduğu bütöv nekropol aşkar edilib.Qeyd edilib ki, Nəcəf Müseyiblinin rəhbərlik etdiyi “Şəmkir” arxeoloji ekspedisiyası 2025-ci ilin Baydar kurqanlarında tədqiqatlar aparılıb:

“Aparılan arxeoloji qazıntılar nəticəsində aşkarlanan bu tip dəfnlər Gəncə-Qazax bölgəsində Xocalı-Gədəbəy mədəniyyətinə aid nekropolların bəzilərində müşayiət olunsa da, Baydar nekropolunda ilk dəfə olaraq belə dəfn adətinin icra edildiyi bütöv məzarlıq aşkar edilib”.

Seçilən
22
9
metbuat.az

10Mənbələr