Xocalı türbəsinə bitişik məqbərə yeri aşkar edilib...
Poliqon xəbər verir ki, bununla bağlı Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun 2025-ci ilin yekunu ilə bağlı hesabatında qeyd olunub.
Qeyd olunub ki, Şamil Nəcəfov Xocalı tarixi-arxeoloji kompleksi ərazisində tədqiqatlar aparıb: “Bu il aparılan tədqiqatlar nəticəsində nekropol ərazisində yerüstü əlamətləri görünməyən, 70 sm dərinlikdə Xocalı türbəsinə bitişik məqbərə yeri aşkar edilib. Eyni zamanda, nekropolda tunc dövrünə aid daha bir kurqan aşkar edilib”.
Poliqon.info