EN

"Alimlərin maaşları artırılmalıdır" - İsa Həbibbəyli

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti İsa Həbibbəyli alimlərin əməkhaqqılarının artırılması ilə bağlı iş apardığını bildirib. Pravda.az "Report"a istinadən xəbər verir ki, o, bu barədə AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun yekun hesabat iclasında çıxışı zamanı məlumat verib.

 

İ.Həbibbəyli deyib ki, işçilərin sosial müdafiəsinin yaxşılaşdırılması da AMEA-nın qarşısında duran əsas məqsədlərdən biridir:

 

"2026-cı ildə ölkədə hər kəsin əməkhaqqısının artırılacağını nəzərə alsaq, bu, alimlərə də şamil olunmalıdır. Bununla bağlı iş aparıram".

 

O, həmçinin qeyd edib ki, AMEA-nın əsas məqsədlərindən biri də həqiqi və müxbir üzvlüyə seçkilərin keçirilməsidir:

 

"Uzun müddətdir həqiqi və müxbir üzvlüyə seçkilər keçirilmir. Fikrimcə, yanvardan sonra bu məsələyə baxmaq olar".

 

İ.Həbibbəyli, eyni zamanda, AMEA-nın Qarabağda elmi mərkəzi və ya bölməsinin yaradılmasının da nəzərdə tutulduğunu vurğulayıb.

Tarix: 11 Dekabr 2025, 15:15   
Chosen
32
3
pravda.az

4Sources